Avropa Liqasının "pley-off" mərhələsində keçiriləcək "Maribor" - "Qəbələ" cavab görüşünə hakim təyinatları açıqlanıb.
Oyunu macarıstanlı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Viktor Kassay olacaq. Ona Györgi Ring və Vensel Töt köməklik edəcək. Dördüncü hakim funksiyasını Tamas Boqnar yerinə yetirəcək.
Qeyd edək ki, "Maribor" - "Qəbələ" oyunu avqustun 25-i Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.