"Barselona"nın onu transfer edəcəyini eşitdi, klubunda oyuna çıxmadı

21:11 22 Avqust 2016

 “Barselona”nın idman direktoru Robert Fernandezin qapıçı Klaudio Bravonun ayrılmağını təsdiqlədikdən sonra katalonlar qapıçı axtarışına çıxıblar.

Belə ki, Bravo yaxın günlərdə “Mançester Siti” klubuna keçəcək. Bu səbəbdən Kataloniya təmsilçisi “Valensia”nın brazilyalı qapıçısı Dieqo Alves ilə danışıqlar aparırdı. Lakin danışıqlar uğurlu keçmədiyindən “Barselona” bütün diqqətini “Ayaks”ın və Hollandiya millisinin bir nömrəsi olan Jasper Silessene yönəldib. Futbolçunun özü də kataloniyalılara keçməkdə maraqlıdır. Belə ki Silessen “Ayaks” rəhbərliyinə Çempionlar Liqasında “Rostov”la keçiriləcək səfər oyununda oynamayacağını bildirib və ona getməyə icazə vermələrini xahiş edib.


Digər xəbərlər

Xəbər xətti