Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ"nin rəqibi olan "Maribor" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az Sloveniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "bənövşəyilər" Kiprin "Apollon" klubunun futbolçusu Deyan Mezqanı transfer edib. Onunla rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2007-2014-cü illərdə "Maribor"un şərəfini qoruyub. O, daha sonra Xorvatiyanın "Hayduk" Split klubuna transfer olub. Son mövsümü isə Limassolun "Apollon" klubunda keçirib.