Olimpiyaçılarımızın təyyarəsi gecikir

12:52 23 Avqust 2016

Rio-2016 Olimpiya Oyunlarında iştirak edən milli komandamız bu gün vətənə qayıdır. Yığmamızın əvvəlcə Bakı vaxtı ilə saat 18:20-da paytaxtımıza gələcəyi deyilsə də, təyyarə yubanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova xəbər verib .


“Rioda hava limanında sıxlığı nəzərə alaraq təyyarənin qalxmasında gecikmə olduğu üçün Bakıya çatma saatında da yubanma ola bilər”, - deyə nazirlik rəsmisi bildirib.


Olimpiyaçılarımızın təyyarəsi 22:20-də Heydər Əliyev adına Hava Limanına eniş edəcək.


Digər xəbərlər

Xəbər xətti