SOCAR-dan "Trabzonspor" açıqlaması

16:17 23 Avqust 2016

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Trabzonspor”un yeni stadionuna rəsmi sponsor olacağı ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir. 


Sportarena.az xəbər verir ki, bu barədə "Report”a "SOCAR Turkey”dən bildirilib.


"SOCAR-ın Türkiyədə hər hansı stadiona sponsor olacağı xəbəri həqiqətdən uzaqdır, şirkətin ümumiyyətlə belə bir planı yoxdur”, - deyə "SOCAR Turkey”dən məlumat verilib.


Qeyd edək ki, Türkiyə və Azərbaycanın bir sıra KİV-lərində Trabzonda inşa edilən "Akyazı” stadionuna sponsor qismində SOCAR-ın da cəlb olunduğu barədə xəbərlər yayılıb.


Digər xəbərlər

Xəbər xətti