Bakı Şahmat Olimpiadasının sponsorları müəyyənləşdi

17:20 23 Avqust 2016

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi mötəbər yarışın keçirilməsində dəstək olan şirkətlərin adını açıqlayıb.


42-ci Ümumdünya Şahmat Olimpiadasının rəsmi tərəfdaşları kimi SOCAR, Azercell, Türk Hava Yolları, Qatar Airways, SMARTSCORİNG, “Meqa Sığorta” ASC, Modern Hospital, Badamlı, Tudor, Lavazza, Milla, Jalə və Tranquini ilə müqavilə imzalanıb.


Olimpiadanın tərəfdaşları mötəbər yarışa dəstək olmaqdan məmnunluq hissini bildirməklə yanaşı Azərbaycan milli komandalarına uğurlar arzu edirlər.


Qeyd edək ki, Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də olacaq. İlk tur sentyabrın 2-də oynanılacaq.


Digər xəbərlər

Xəbər xətti