Hafiz Məmmədov: "Topaz" Peşəkar Futbol Liqasıyla iş görür..."

13:31 24 Avqust 2016

"Mən çox optimistəm. Ən çətin günlərdə belə, ruhdanq düşmədim. İndi sabaha  daha çox ümidliyəm" 


Sportarena.az xəbər verir ki, bunu "Bakı"nın prezidenti Hafiz Məmmədov deyib.


Məşhur iş adamı sahibi olduğu klubun I Divizionda mübarizədən kənarda qalmasına münasibət bildirib. O, yeni çempionatda iştirak etməmələrini bəzi şəxslərin qərəziylə əlaqələndirib:


"Təminat məktubu istədilər, biz də vermədik. Məgər onlar məni tanımır? Bilmirlər ki, Premyer Liqanın rəsmi titul sponsoru olan "Topaz"ın səhmlər paketinin bir hissəsi mənə məxsusdu? "Topaz" Peşəkar Futbol Liqasıyla iş görür, elə isə "Bakı"dan bank zəmanəti istəmək hansı məntiqə sığır?

 
İnşallah, bu bir tarix olacaq və geridə qalacaq. "Bakı"nın dirçəlməsi üçün öz tərəfimdən lazım olan bütün işləri görürəm. Akademiya ilə bağlı son göstərişlərimi vermişəm. Yeniliklərimiz çox olacaq. Bu gün "Bakı"ya barmaqarası yanaşanlar vaxt gələcək, etdikləri hərəkətlərdən peşmançılıq hissi keçirəcək".(sportinfo.az)


Digər xəbərlər

Xəbər xətti