Valentin Demyanenko: "Nəticə məni qane edir"

14:36 24 Avqust 2016

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir". 


Sportarena.az xəbər verir ki, bunu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko deyib.


V.Demyanenko gümüş medalın yaxşı nəticə olduğunu bildirib: "Olimpiya medalı qazanmaq üçün bütün imkanlarım var idi. Amma gümüş medal da yaxşı nəticədir".


Qeyd edək ki, Demyanenko London-2012-də zədə səbəbindən uğursuz çıxış edib.


Digər xəbərlər

Xəbər xətti