Lorenzo Sotomayor: "Azərbaycan bayrağını Rioda yüksəltmək çox qürurverici idi"

14:52 24 Avqust 2016

"Azərbaycanın boks tarixində ilkə imza ataraq Olimpiya Oyunlarının finalına yüksəldim. Ancaq həlledici görüşdə hakimlərin haqsızlığı ilə üzləşdim".


Sportarena.az xəbər verir ki, bu sözləri “Rio-2016” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Lorenzo Sotomayor deyib.


Boksçu hakimin səhv qərarlar verdiyni və bu qərarların onun nəticəsinə birbaşa təsir etdiyini bildirib: "Final görüşünün hər 3 raundunda rəqibimdən üstün olsam da, qərar mənim əleyhimə oldu. Sonuncu raundda əmin idim ki, qələbə mənimdir. Amma hakim haqsızlıq etdi. Çox istəyirdim ki, geriyə qızıl medalla qayıdım".


L.Sotomayor Azərbaycan bayrağını Rioda dalğalandırmağın qürurverici olduğunu vurğulayıb: "Azərbaycan bayrağını Rioda dalğalandırmaq həqiqətən qürurverici idi. Ölkədə idmanın inkişafı üçün hər cür şərait var. İdmançılar dövlətin qayğısı ilə əhatə olunublar".


Xəbər xətti