Paralimpiyaçılarımız "Rio-2016" Oyunlarına əlavə 3 lisenziya əldə etdi

15:51 24 Avqust 2016

Rusiya idmançılarının “Rio-2016” Paralimpiya Oyunlarından kənarlaşdırılması Azərbaycana əlavə lisenziyalar qazandırıb.


Daha 3 paralimpiyaçımız Braziliyaya yola düşəcək.


Belə ki, İdman Arbitraj Məhkəməsinin Rusiyanın əleyhinə çıxardığı qərardan sonra Beynəlxalq Paralimpiya Komitəsi onların 267 lisenziyasını digər ölkələr arasında bölüb.


Azərbaycan Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, “Rio-2016” üçün lisenziyalarımızın sayında dəyişiklik edilib və komandamızın heyətinə daxil olacaq təmsilçilərimizin adları açıqlanıb. Onun sözlərinə görə, “London-2012”nin qalibi Afaq Sultanova, həmçinin Ramin Əliyev (hər ikisi cüdo) və Hüseyn Hüseynov (atletika) artıq səfərə yollanacaq heyətə daxil ediliblər.


Bununla da, Paralimpiadada çıxış edəcək təmsilçilərimizin sayı 27-yə yüksəlib.(azərtac)


Digər xəbərlər

Xəbər xətti