Yaxın günlərdə milli karyerasını bitirdiyini açıqlayan Almaniya futbolunun əfsanələrindən olan Bastian Şvanştayqer yenidən diqqət mərkəzinə düşüb. Joze Mourinyo tərəfindən heyətdən çıxarılan yarımmüdafiəçi başqa Avropa klubuna keçməyəcəyini bildirib.
“Mançester Yunayted Avropadakı son klubum olacaq. Mən digər klublara hörmət edirəm. Lakin “Mançester Yunayted” mənim “Bavariya”dan ayrıla biləcəyim yeganə klub idi. Əgər komanda mənə ehtiyac duysa hazır olacam. Hazırkı vəziyyətdə bütün deyə biləcəklərim budur. Mən azarkeşlərə də inanılmaz dəstəyə görə təşəkkür edirəm”