"Beşiktaş" heyətinə daha bir futbolçu transfer edib.
Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi "Mançester Siti"nin ulduz futbolçusu Samir Nəsrini transfer edib. Fransız futbolçu icarə əsasında 1 il müddətinə "Beşiktaş"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, 2011-ci ildən "Mançester Siti"nin şərəfini qoruyan təcrübəli futbolçu "şəhərlilər"in heyətində meydana çıxdığı 128 qarşılaşmada 18 dəfə fərqlənib.