Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qəbələ" klubu da bu gün növbəti görüşünə çıxacaq.
İlk oyunda rəqibinə 3:1 hesabı ilə qalib gələn "qırmızı-qaralar"ı Sloveniya səfərində çətin oyun gözləyir. İstənilən heç-heçə ilə növbəti mərhələyə yüksələcək Roman Qriqorçukun yetirmələri səfərdən maksimum nəticə əldə etmək niyyətindədir.
22:15. "Maribor" (Sloveniya) – "Qəbələ" (Azərbaycan) 1:0
İlk oyun: 1 - 3
Baş hakim: Viktor Kaşşai
Yan xətt hakimləri: Qyörqi Rinq, Vançel Toz
Dördüncü hakim: Tamas Roqnar (hamısı Macarıstan)
UEFA nümayəndəsi: İqor İşçenko (Ukrayna)
Hakim-inspektor: Kris Bonett (Malta)
Maribor. "Lyusdki Vrt"