Türkiyənin “Qalatasaray” klubu futbolçusu Umut Bulutu icarəyə vermək qərarına gəlib.
Sportarena.az xəbər verir ki, 33 yaşlı hücumçu mövsümün sonuna qədər “Kayserispor”da çıxış edəcək. Artıq klublar arasında hərtərəfli razılıq əldə olunub. “Qalatasaray”ın bu keçid üçün hər hansı bir icarə haqqı almayacağı bildirilir.
Qeyd edək ki, 2012-ci ildən “Qalatasaray”da çıxış edən Umut Bulut bu müddət ərzində 110 oyuna çıxıb və 39 qol vurub.