Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində bu gün Sloveniyanın "Maribor" klubu ilə qarşılaşacaq "Qəbələ" dəstəksiz qalmayacaq.
Sportarena.az xəbər verir ki, təmsilçimizi Maribor şəhərində hazırda Sloveniyada təlim-məşq toplanışında olan velosipedçilərimiz dəstəkləyəcəklər. Hazırda həm milli komandamız, həm də "Synergy Baku" klubu Maribordan təxminən 130 kilometr aralıqda olan paytaxt Lyublyanada yeni mövsümə hazırlaşırlar.
Qeyd edək ki, "Maribor" - "Qəbələ" matçı Bakı vaxtı ilə bu gün saat 22:15-də start götürəcək. (CBC Sport)