Berti Foqts: "Azərbaycanlı futbolçular özlərindən razıdı"

18:55 25 Avqust 2016

İsveçin expressen.se saytı Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” – “Höteborq” oyunu öncəsi Azərbaycan futbolu ilə bağlı araşdırma aparıb. Skandinaviyalılar araşdırmada Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsun fikirlərinə də yer verib.
 

Almaniyanlı çalışdırıcı ölkəmizdə işlədiyi vaxtlarda gördüklərini belə izah edib: “Azərbaycan futbolu çox çətin inkişaf edir. Uşaq və gənclərə az diqqət ayrılır. Amma əksinə etmək lazımdır. Onlara şərait yaratmalıdırlar. Azərbaycanlı futbolçular özlərindən razıdırlar. Onlar elə bilir ki, hər şeyi bacarırlar. Amma bu, belə deyil. Ölkədə olan futbol meydançalarının çoxu boşdur. Bu da məni orda işləyərkən qəzəbləndirirdi”.
 

Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan millisinin baş məşqçisi olub.


Digər xəbərlər

Xəbər xətti