Əmrah Çəlikəl: "Qələbəni Azərbaycan xalqına həsr edirik"

11:30 26 Avqust 2016

“Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəl "Qöteborq"la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Hamımız çox sevincliyik. Hamınızı təbrik edirəm. İnanırdıq. Doğrudur, gərginlik də var idi, ancaq bu, inamızın önünə keçməmişdi. Futbolçuların, Qurban müəllimin əməyinə sağlıq, sizlər də çox sağ olun.

- Bu il də stadionun ot örtüyü pis vəziyyətdə idi...
- Haqlısınız, sizinlə razıyam, ancaq hava şəraitindən hamımız xəbərdarıq. İndi də hər kəs su içindədi. Bu il temperatur və rütubət gözləniləndən daha çox oldu. Hardasa, 38-40 dərəcə orta istilik var idi. Bütün meydanlarda təəssüf ki bu problem var. Biz də istərdik ki, daha yaxşı olsun, daha rahat oynayıb, çox qol vuraq.

- Qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsi ehtimalı varmı?
- Hələ bu barədə danışmaq çox tezdi. Biz istəyirik ki, ən yaxşı variantı həyata keçirək. İnşallah komandamız üçün ən yaxşı şəraiti yaradacağıq.

- Tahir bəyi oyunda görmədik...
- Tahir bəy işgüzar səfərdədi. Oyunboyu əlaqə saxladıq. Matçı TV-dən izləyirdi. Hamıya salamlarını və təbriklərini yolladı.

- Qrup mərhələsində “Mançester Yunayted”, "Fənərbaxça" kimi komandalarla ilə üz-üzə gələ bilərik? 
- Mənim seçməyimlə deyil. Mənim tək istəyim qrup mərhələsindən də çıxıb mübarizəni davam etdirməkdi.

- Yeni transfer olacaqmı?
- Bu məsələlər Qurban müəllimin səlahiyyətindədi. 

- Bu qələbəni kimə həsr edirsiniz?
- Təbii ki, Azərbaycana xalqına.


Digər xəbərlər

Xəbər xətti