Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Azərbaycan Premyer Liqasında yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirəcək.
Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Gəncə təmsilçisinin rəqibi artıq müəyyənləşib.
“Sarı-göylər” Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Bakıda Farer adaları komandası ilə qarşılaşmaya hazırlaşan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə oynayacaq. Görüş avqustun 31-də keçiriləcək.