Fransız futbolunun əfsanələrindən olan Tierri Anrinin yeni iş yeri müəyyənləşib.
Eks “Arsenal”ın hücumçusu sonuncu dəfə londonluların U18 komandasını çalışdırırdı. Lakin Arsen Vengerlə yaranmış problemlərə görə Anri istefa vermişdi. Artıq təcrübəli futbolçunun yeni iş yeri müəyyənləşib. Belə ki Anri Belçika millisində 2-ci köməkçi məşqçi kimi çalışacaq. Vilmotsun istefasından sonra Robert Martinezin məşqçi olduğu Belçika yığmasında onun əsas köməkçisi Qrim İvans olacaq.