Rusiya "Lokomotiv"inin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, bu, Yuri Syomindi. "Dəmiryolçular" "Qəbələ"nin sabiq baş məşqçisini bu gün ictimaiyyətə təqdim edib. Komandanın onunla neçə illik müqavilə bağladığı isə hələ ki, məlum deyil.
Qeyd edək ki, təcrübəli çalışdırıcı "Lokomotiv"də ilk oyununu UFA-ya qarşı keçirəcək.