Boksçumuzdan 2-ci qələbə

17:11 27 Avqust 2016

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev növbəti döyüşünü keçirib. 


Sportarena.az xəbər verir ki, 30 yaşlı idmançımız peşəkar rinqdə 2-ci sınağına çıxıb. O, Moskvada baş tutan görüşdə Belarus təmsilçisi Viktor Çvarkovla qarşılaşıb. Bunadək keçirdiyi 2 döyüşdən birində qalib gəlib, birində uduzan rəqibi ilə qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Belə ki, 6 raund davam etməli olan ağır çəki kateqoriyasındakı döyüşdə Atakişiyev qələbə qazanıb. Bu, onun peşəkar rinqdə ikinci qələbəsi olub.


Xatırladaq ki, Zamiq iyulun 31-də keçirdiyi peşəkar rinqdəki ilk döyüşündə rusiyalı Vladimir Qonçarovu nokautla məğlub etmişdi.


Digər xəbərlər

Xəbər xətti