“Beşiktaş” daha bir itki ilə üzləşib.
“Atiker Konyaspor” ilə keçirilən oyunun 62-ci dəqiqəsində Oğuzhan Özyakup zədələnib və oyunu davam etdirə bilməyib. Futbolçu bu səbəbdən Rodolfo ilə əvəzlənib. Keçirilən müayinədən sonra Özyakupun ayaq əzələsində yırtıq aşkar olunub. Onun azı 10 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib.