"Yuventus"un baş direktoru Beppe Marotta PSJ ilə Blez Matyuidinin transferilə bağlı razılığa gəldikləri xəbərini təkzib edib.
Sportarena.az xəbər verir ki, o, bu barədə açıqamasında: "Konkret heç bir şey baş verməyib. Biz Matyuidilə bağlı PSJ-yə təklif göndərmişdik. Lakin onlar bizə səmimi şəkildə rədd cavabı verdilər.
Belə olur. Fikrimcə məsələ bitib. PSJ futbolçunu satmaq istəmir.
Əlavə edim ki, biz Kvadvo Asamoanı təkrar kəşf etmişik", – deyə qeyd edib.