Riodan medalsız qayıdan idmançılar həbs edildi

22:06 28 Avqust 2016

Zimbabvedə “Rio-2016” Olimpiadasından iştirak edən milli komandanın bütün üzvləri həbs edilib. 

Zimbabvenin prezidenti Robert Mugabe Rio Olimpiadasında iştirak edən idmançıların aeroportda həbs edilməsini əmr edib.

Buna səbəb Zimbabve milli komandasının Riodan medalsız qayıtmasıdır. Heyətində 31 idmançı olan komandanın ən yaxşı nəticəsi 8-ci yer olub. Bu nəticədən qəzəblənən prezident Mugabe komandanın bütün üzvlərini həbslə cazəlandırıb.

“Əgər qonşu Botsvan idmançıları kimi 4-cü, 5-ci yeri belə tuta bilmirsinizsə, pulumuzu boş yerə xərcləmisiniz. İdmançılara sərf edilən pula məktəb tikmək, yaxud əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün idi. O idmançılar xərclənmiş pulu geri qaytaracaqlar” -  deyə ölkə prezidenti qeyd edib.
 


Digər xəbərlər

Xəbər xətti