FİFA prezidenti Canni İnfantino müasir futbolda videotəkrarların istifadəsindən danışıb. “Blick” nəşrinə açıqlama verən ali futbol qurumunun rəhbəri iki il ərzində bu sistemin tam reallaşdırılacağına ümid etdiyini deyib.
O, fikirlərini belə əsaslandırıb: “Biz artıq 1904-cü ildə yaşamırıq. Mümkün qədər səhv qərarları aradan qaldırmaq üçün çalışmalıyıq. Ümid edirəm ki, 2018-ci il dünya çempionatına qədər videotəkrar sistemi tam işlək hala gələcək”.
İnfantino sentyabrın 1-də İtaliya ilə Fransa arasındakı yoldaşlıq oyununda ilk dəfə videotəkrarın yeni texnologiyasından istifadə olunacağını bildirib.