Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik baş verib.
Sportarena.az xəbər verir ki, yığma komandamızın mərkəz müdafiəçisi Bədavi Hüseynov heyətdən kənarlaşdırılıb.
O, zədələndiyi üçün toplanışda iştirakını dayandırmalı olub. "Qarabağ”ın futbolçusu DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçiriləcək San-Marino – Azərbaycan oyununda çıxış edə bilməyəcək.