"Lester"in yeni transferi göz yaşlarını saxlaya bilmədi

14:35 29 Avqust 2016

Portuqaliya Premyer Liqasında III turun görüşləri keçirilib.

 

"Sportinq" "Portu"nu qəbul edib və 2:1 hesabı ilə məğlub edib. Əlcəzair millisinin futbolçusu İslam Slimani üçün bu oyun "Sportinq"in heyətində sonuncu olub.

 
Oyunun 14-cü dəqiqəsində qol vuran 28 yaşlı futbolçu qarşılaşma bitəndən sonra göz yaşlarına hakim ola bilməyib. 2013-cü ildən komandada çıxış edən futbolçu Lissabon təmsilçisindən ayrılacaq.
 

Slimaninin yaxın günlərdə "Lester Siti" ilə rəsmi müqavilə imzalayacaq.
 

Qeyd edək ki, əlcəzairli forvard "Sportinq"də 82 oyuna 48 qol vurub


Digər xəbərlər

Xəbər xətti