"Sportinq"in futbolçusu Joao Marionun İtaliyanın "İnter" klubuna keçidi rəsmiləşib.
23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Portuqaliya millisi ilə Avropa çempionu olan J.Mario Milan təmsilçisinə 40 milyon avroya başa gəlib.
Qeyd edək ki, Joao Mario “Sportinq”də keçirdiyi son mövsümdə 45 oyuna 7 qol vurub.