"Qarabağ"dan ayrılan isveçli futbolçu Samuel Armenterosun yeni klubu məlum olub.
Sportarena.az xəbər verir ki, hücumçu karyerasını Hollandiyada davam etdirəcək. 26 yaşlı futbolçu Erediviziyada çıxış edən "Herakl"la müqavilə imzalayıb.
Xatırladaq ki, Armenteros 2009/13-cü illərdə də "Herakl"da çıxış edib. O, "Herakl"da keçirdiyi 109 oyuna 32 qol vurub.
2015-ci ildən "Qarabağ"ın şərəfini qoruyan futbolçu Ağdam klubunun formasında 25 oyuna çıxıb və 10 qol vurub.