"Nottingem Forest"in yarımmüdafiəçisi Oliver Berk karyerasını Almaniyada davam etdirəcək.
19 yaşlı futbolçu "Leypsiq" klubu ilə razılığa gəlib. Tərəflər arasında 5 illik müqavilə imzalanıb.
Transferin dəyəri 13 milyon funt sterlinqdir. Beləliklə, Berk tarixdə ən bahalı şotland futbolçu olub.