"Marsel" klubunun yeni sahibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, klubun sahibi Marqarita Lui-Dreyfus onu amerikalı biznesmen Frenk Makkorta satıb.
Xatrladaq ki, klubun Jerar Lopes tərəfindən alınacağı söylənilirdi. Lakin sonradan o, bu şayiələri rədd etmişdi.
Qeyd edək ki, 63 yaşlı Makkort 2004-2012-ci illərdə MLB-nin "Los Anceles Dodgers" komandasının sahibi olub.