21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda sentyabrın 2-də keçiriləcək Belarus – Hollandiya oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Sportarena.az xəbər verir ki, ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.