WBO versiyasında birinci ağır çəki dərəcəsində boks üzrə dünya çempionu, polşalı Kşiştof Qlovatskinin məşqçisi Fyodor Lapin ukraynalı Aleksandr Usiki təhlükəli rəqib hesab edir.
Sentyabrın 17-də Qdanskda (Polşada) Kşiştof Qlovatski Aleksandr Usiklə döyüşdə mütləq titulunu qorumalı olacaq.
F.Lapin deyib: “Aleksandr Usik – həvəskar məktəbin yetirməsi olan əla boksçudur. Elə bu cəhət onu çox təhlükəli döyüşçü edir. Onun dözümlülüyü bir çox suallar yaradır, çünki o, heç vaxt döyüşün 12 raundunu keçməyib. Bundan əvvəlki rəqiblərin heç biri ona həqiqi gücünü göstərməyə imkan yaratmayıb. Heç kəs onun real gücünü bilmir, bu isə onu çətin rəqibə çevirir”.(azərtac)