Messidən sonra daha iki futbolçu Argentina millisindən kənarda qaldı

21:53 30 Avqust 2016

PSJ-nin yarımmüdafiəçisi Xavyer Pastore və "Mançester Siti"nin hücumçusu Serxio Aquero milli komandanın Uruqvay və Venesuela ilə seçmə oyunlarında iştirak edə bilməyəcəklər.


Sportarena.az xəbər verir ki, hər 2 futbolçunun zədəsi var. Pastorenin pəncəsində, Aqueronun isə əzələsində problemlər var.


Xatırladaq ki, Messi də zədəli olduğuna görə millidən kənarda qalıb. Argentina yığması hazırda turnir cədvəlinin 3-cü pilləsindədir.


Digər xəbərlər

Xəbər xətti