Azad Rəhimov: "Bu lisenziyaları biz qazanmamışıq"

13:10 31 Avqust 2016

“Rusiya yığmasının Paralimpiya Oyunlarına buraxılmaması üzündən bu komandanın lisenziyalarının başqa ölkələr arasında bölünməsi proseduru bizə də məlum deyil”. 


Sportarena.az  xəbər verir ki, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
 

Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının startı öncəsi təşkil olunan mətbuat konfransında çıxış edən nazir Rusiya millisinin dopinq qalmaqalı üzündən Paralimpiadadan kənarda qalmasına münasibət bildirib. Rəhimov bu komandanın lisenziyalarının digər ölkələr arasında bölünməsi və 3 vəsiqənin Azərbaycana verilməsi haqda da danışıb: “Bu lisenziyaları biz qazanmamışıq. Lakin rusiyalıların vəsiqələri bölüşdürülərkən payımıza üçü düşüb. Amma hələlik məhkəmənin yekun qərarı yoxdu. Bu üzdən mənə də maraqlıdı ki, yekun qərar olmadan lisenziyaları necə və hansı qaydaya əsasən bölüblər. Həm də əlil idmançıların Paralimpiya Oyunlarına buraxılmaması Allaha da xoş getməyən hadisədi”.(apasport)


Digər xəbərlər

Xəbər xətti