Bu yay İngiltərə Premyer Liqasının klubları transferlərə 1,15 milyard funt sterlinq (1,35 milyard avro) xərcləyərək futbol tarixində yeni rekorda imza atıblar.
Sportarena.az xəbər verir ki, bu, ötən ilin yay transferlərinə xərclənən vəsaitdən 114 milyon funt sterlinq çoxdur.
Xatırladaq ki, "Mançester Yunayted" klubu fransalı yarımmüdafiəçi Pol Poqba üçün İtaliyanın "Yuventus" klubuna 105 milyon avro ödəyərək futbol tarixində ən bahalı transferi gerçəkləşdirib.
Qeyd edək ki, Avropada yay transfer pəncərəsi avqustun 31-dən sentyabrın 1-ə keçən gecə bağlanıb.