"Qəbələ"nin futbolçusu Sergey Zenyov Estoniya millisinin heyətində növbəti qoluna imza atıb.
Sportarena.az xəbər verir ki, 27 yaşlı hücumçu Malta yığması ilə yoldaşlıq oyununda fərqlənib.
Bu qol Zenyovun millidə vurduğu 10-cu qolu olub.
Qeyd edək ki, Estoniya millisi sentyabrın 6-da "DÇ-2016"nın seçmə mərhələsi çərçivəsində Bosniya və Hersoqovina yığması ilə qarşılaşacaq.