İstanbulun “Qalatasaray” klubu heyətinə daha bir futbolçu cəlb edib.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi ABŞ-ın “Los Anceles Qalaksi” klubunun futbolçusu Naycel de Yonqu transfer edib. Bu keçid “sarı-qırmızılar” üçün pulsuz başa gəlib.
Hollandiyalı yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu “Mançester Siti” və “Milan” kimi klublarda da çıxış edib.