Bastian Şvaynştaygerin Almaniya millisindəki karyerasını başa vurmasından sonra yığmanın yeni kapitanı məlum olub.
Sportarena.az xəbər verir ki, təcrübəli futbolçunun gedişindən sonra kapitanlıq sarğısı qapıçı Manuel Noyerə havələ olunub.
Qeyd edək ki, 2009-cu ildən Almaniya millisində çıxış edən 30 yaşlı qolkiper Bundestimin heyətində 71 rəsmi oyuna çıxıb.