Olimpiya çempionumuz Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdünə layiq görüldü

22:10 1 Sentyabr 2016

Azərbaycan Prezidenti İlham Əliyev Radik Veleddin İsayevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

R.İsayev xüsusi olimpiya təqaüdünə XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə layiq görülüb.

Xatırladaq ki, taekvondoçu R.İsayev “Rio-2016”da milli komandamıza qızıl medal qazandırıb.

 


Digər xəbərlər

Xəbər xətti