Ramil Şeydayev: "Sevinirəm ki, Azərbaycan millisindəyəm"

22:51 1 Sentyabr 2016

Bu gün milli komandamızın baş məşqçisi Robert Prosineçki və futbolçuların iştirakı ilə brifinq keçirilib.
Sportarena.az xəbər verir ki, millimizin futbolçusu Ramil Şeydayev brifinq zamanı jurnalistlərə millimizlə bağlı fikirlərini bildirib:

"Özümdə yüksək motivasiya hiss edirəm. Sevinirəm ki, Azərbaycan millisinin düşərgəsindəyəm.
Ümid edirəm ki, bizdə hər şey alınacaq. Millidə olmaq futbolçu üçün yaxşı şansdır. Nə qədər çox oynasan, sənin üçün bir o qədər yaxşıdır."


Digər xəbərlər

Xəbər xətti