Brazilya millisinin yeni kapitanı müəyyənləşib.
Kapitanlıq bandını bundan sonra”İnter”in müdafiəçisi Miranda daşıyacaq. Eks kapitan Neymar isə RİO Olimpiyadasının qalibi olduqdan sonra kapitanlıqdan imtina etdiyini söyləmişdi. Səbəb isə futbolçunun kapitanlığa layiq görülmədiyi üçün ünvanına gələn tənqidlərdir.
Miranda: “Heyətimizdə bir sıra böyük futbolçular var. Kapitan seçildiyim üçün çox şadam.
Qeyd edək ki Miranda kapitan kimi ilk oyununa bu gün çıxacaq. Dünya çempionatının seçmə mərhələsində sambaçılar bu gün Ekvador səfərinə yollanır.