Sentyabrın 16-18 tarixində İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.
Sportarena.az xəbər verir ki, fərdi və komanda şəkilində keçiriləcək yarışda cüdo üzrə Azərbaycan milli komandası da təmsil olunacaq.
Hal-hazırda milli komandamız Bakıda baş məşqçi Rəşad Məmmədovun başçılğı altında təlim-məşq toplanışında iştirak edir.
Qeyd edək ki, 43 ölkədən 409 idmançının (225 oğlan, 184 qız) qatıldığı Avropa çempionatında milli komandamız 14 cüdoçu ilə (10 oğlan, 4 qız) mübarizə aparacaq.