Premyer Liqada yaranmış fasilədən istifadə edən "Sumqayıt" klubu növbəti yoxlama matçını keçirib.
Sportarena.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Samir Abbasovun komandası öz meydanında "Zirə"yə qarşı keçiriləcən oyunda 1:0 hesablı qələbə qazanıb. “Sumqayıt”a qələbə gətirən yeganə qolu Amil Yunanov vurub.