Formula 1-in əfsanəvi pilotu Mixael Şumaxer ilə bağlı xoş xəbər yayılıb.
2013-cü ilin sonlarına doğru Fransada, Alp dağlarında xizək sürərkən qəza keçirən sabiq alman pilot uzun müddət komaya düşmüşdü. Komadan ayıldıqdan sonra isə reabilitasiya prosesinə başlanmışdı.
Xorvatiyanın gündəlik "Sportske Novosti" qəzeti 2.5 ildir səhhəti ilə əlaqədar ardıcıl pis xəbərlər yayılan Mixael Şumaxerin yenidən addımlamağa başladığını yazıb.
Məsələ ilə bağlı hələ rəsmi açıqlama gəlməsə də, qorxunc qəzadan sonra pilot haqda ilk dəfə müsbət bir xəbərin yayılması pərəstişkarlarını həyəcanlandırıb.