Şahmat Olimpiadası-2016: Bu gün keçiriləcək oyunlar – SİYAHI

13:31 4 Sentyabr 2016

Bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasında III turun görüşləri keçiriləcək.


Sportarena.az xəbər verir ki, Azərbaycan komandalarını yenə fərqli rəqiblər gözləyir.


Kişilərin mübarizəsində

Azərbaycan-1 Macarıstanla

Azərbaycan-2 Hindistanla

Azərbaycan-3 Livanla üz-üzə gələcək.


2-ci turdan sonra Azərbaycan-1 – 4 xalla 2-ci, eyni xala malik Azərbaycan2 20-ci, 2 xalı olan Azərbaycan3 74-cü pillədə qərarlaşıb.


Qadınların mübarizəsində rəqiblər müvafiq olaraq, Polşa, Almaniya və Qırğızıstandır. 2 turdan sonra Azərbaycan1 4 xalla 19-cu, eyni xala malik Azərbaycan2 28-ci, 2 xalı olan Azərbaycan3 41-ci yerdə gedir.


Qeyd edək ki, III turun bütün görüşləri saat 15:00-da başlanacaq.(report)


Digər xəbərlər

Xəbər xətti