Çimərlik futbolu üzrə milli komandamız FIFA Dünya Kuboku-2017 turnirində ikinci oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Macarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb – 7:3.
Sabir Allahquliyevin het-trik, Asif Zeynalovun isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Orxan Məmmədov və Ramil Əliyev fərqlənib.
Millimiz qrupda son oyununu sentyabrın 6-da Bolqarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.