"Qəbələ" Moldova klubuna qalib gəldi

22:51 4 Sentyabr 2016

Hazırda Ukraynada təlim-məşq toplanışında olan "Qəbələ" hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Roman Qriqorçukun komandası Moldovanın “Dinamo-Avto” klubu ilə görüşüb. 

Matçda ilk qolu 79-cu dəqiqədə Baqali Dabo vurub. 90-cı dəqiqədə isə Rəşad Eyyubovun qolu yekun nəticəni müəyyənləşdirib - 2:0.

Xatırladaq ki, “Qəbələ”nin Ukraynadakı təlim-məşq toplanışı sentyabrın 7-dək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti