"Daha yaxşı oyun gözləyirdik. Azərbaycan layiqli qələbə qazandı. Bizim çıxışımız da yaxşı idi. Komanda fiziki cəhətdən aşağı səviyyədə idi".
Bunu San Marino yığmasının baş məşqçisi .. .. DÇ-2018-in seçmə mərhələsinin Azərbaycanla keçirilmiş oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Daha sonra baş məşqçi jurnalisltərin suallarını cavablandırıb.
- Qırmızı vərəqə komandanın çıxışına necə təsir göstərdi?
- Komanda ikinci hissəyə bir qədər yaxşı başladı. Amma qırmızı vərəqə bizi bir qədər çətin vəziyyətə saldı. Bu səbəbdən də təsnifat mərhələsinə uğurlu nəticə ilə başlaya bilmədik.
- Həmin epizodda qırmızı vərəqə verilməsi düzgün qərar idi?
- Həmin futbolçu çox gəncdir. Brolli gələcəkdə komanda üçün faydalı olacaq. Sadəcə onun gənc olması belə şərait yaratdı.
- Qələbədə Robert Prosineçkinin rolu oldu, yoxsa Azərbaycan millisinin?
- Fikrimcə baş məşqçinin... Məşqinin göstərişləri böyük rol oynadı. Ancaq ümumilikdə komanda nəticəni həll etdi.
Sonda verilən "Tribunaların boş qalmasının səbəbi nə idi? 6 600 tutumu olan stadiona təxminən 900 azarkeş gəlmişdi ki, onun da yarısı azərbaycanlı idi" sualını cavablandırmayan meydan sahiblərinin çalışdırıcısı və rəsmisi konfrans zalını tərk edib.