Cüdo yığmamızın baş məşqçisi ilə müqavilə uzadılacaq

12:12 5 Sentyabr 2016

Cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Peter Zayzenbaxerlə əməkdaşlıq davam etdiriləcək. 


Sportarena.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev açıqlama verib.


O, yeni müqavilənin bağlanılacağı tarixin hələ müəyyənləşmədiyini bildirib: "2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından qayıdan cüdoçularla, yəqin ki, bu həftə görüşəcəyəm. "Gələcəyə baxış" mövzusunda müşavirəmiz olacaq. Toplantıda komanda, məşqçilərlə birgə 2020-ci il Tokio olimpiadası üçün hədəfimizi müəyyənləşdirəcəyik. Qarşıdakı 4 ildə atacağımız addımlar, büdcəmiz, görəcəyimiz işlər müzakirə olunacaq".


Qeyd edək ki, "Rio-2016"da Azərbaycan cüdoçuları 2 gümüş medal qazanıb. Həmin medalları Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) əldə edib.(Report)


Digər xəbərlər

Xəbər xətti